AVRO-2020: Belçika hesabı bərabərləşdirdi - YENİLƏNİR + VİDEO

21:20 17-06-2021 396

Belçika hesabı bərabərləşdirdi. İkinci hissədə meydana daxil olmuş Kevin de Bröynenin 55-ci dəqiqədə məhsuldar ötürməsini Torqan Azar qola çevirdi – 1:1. 

20:04

Danimarka – Belçika matçında hesab erkən açılıb. 

Meydan sahiblərinin hücumçusu Poulsen 2-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

20:02

Danimarka - Belçika matçı start götürüb.

Hazırda oyunda hesab açılmayıb. 

19:41

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020 davam edir.

HerGun.Az xəbər verir ki, bu gün B qrupunun ikinci oyununda Danimarka ilə Belçika üz-üzə gələcəklər.

Danimarka da turnirin təşkilatçı ölkələrindən biri olduğu üçün görüş Kopenhagendə, “Parken” stadionunda keçiriləcək.

Artıq hər iki komanda start heyətlərini açıqlayıb.

Danimarka: Şmeyxel; Kristensen, Kyaer, Vesterqaard, Maehle; Hoybyerq, Delani; Vass, Poulsen, Damsqaard; Breytveyt.

Belçika: Kurtua; Alderveyreld, Denayer, Vertongen; Munye, Tilemans, Dendonker, Torqan Azar; Karrasko, Mertens, Lukaku

Qeyd edək ki, oyun saat 20:00-da start götürəcək.