Eriksenin ürək əməliyyatı uğurla başa çatıb

10:40 18-06-2021 356

Avropa çempionatının B qrupunun Finlandiya ilə oyununda huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksenin ürək əməliyyatı uğurla yekunlaşıb.

Bu barədə “Gazzetta dello Sport” nəşri xəbər verib.

Əməliyyatın ötən gün həyata keçirildiyi qeyd olunur. 29 yaşlı futbolçunun bu gün xəstəxanadan evə buraxılması gözlənilir.