Azərbaycanlı beynəlxalq federasiyaya prezident seçildi - FOTO

14:00 18-06-2021 436

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

HerGun.Az-a verilən məlumata görə, Litvanın paytaxtı Vilnüsdə yerləşən qərargahda keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

Yeni postu ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə – Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Qeyd edək ki, beş il müdddətinə seçilən Azər Həsənov yaxın tarxilərdə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirəcək.

Onu da bildirək ki, Avropa Universal Döyüş Federasiyasının prezidenti də azərbaycanlıdır. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyev 2019-cu ilin martında Bakıda keçirilmiş Konqresdə prezident seçilib.

Səbuhi Musayev