“Sumqayıt”ın avrokubok matçının vaxtı dəyişdirildi

00:20 19-06-2021 319

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək olan “Çukariçki” – “Sumqayıt” qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib. 

Belə ki, oyun nəzərdə tutulduğu kimi iyulun 22-si deyil, bir gün öncə - iyulun 21-də baş tutacaq. 

Cütün cavab qarşılaşması iyulun 29-da “Kapital Bank Arena”da oynanılacaq.