Beyləqanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turnirinə start verldi

22:05 21-06-2021 459

19 iyun 2021-ci il tarixdə  Beyləqan şəhər Fərman Hacıyev adına tam orta  məktəbin  stadionunda  birinci Qarabağ və ikinci Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş  futbol turnirinə start verildi.  Rayonun  on üç komandası bu turnirə qatılmışdır.

   Turnir başlamazdan əvvəl futbolçular  19 iyun  2021-ci il tarixdə Birinci Qarabağ və ikinci Qarabağ müharibəsində  canlarını fəda edən Beyləqan şəhidlərinin  xatirəsinə ucaldılmış  Şəhidlər abidə kompleksinin önünə gəlmişlər. Futbolçular  abidə kompleksinin  önünə gül çiçək dəstələri düzərək şəhidlərimizin xatirəsini  böyük ehtiramla  yad etmiş, Allahdan bütün şəhidlərimizə rəmət diləmişlər.

   Sonra yarışlara  start verilmişdir. Yarışlara ilk qatılan komandalar- Əlinəzərli və Beyləqan  şəhər 2 nömrəli  tam orta məktəbin  komandaları  olmuşdur.

Komandalara  uğurlar diləyirik.

Elman İsrafiloğlu