AVRO-2020-də yarımfinal və final oyunları ilə bağlı yeni qərar

00:40 23-06-2021 381

Londonda keçiriləcək futbol üzrə Avropa çempionatının yarımfinal və final matçlarına 60 mindən çox tamaşaçı qatıla biləcək.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

Məlumata görə, builki AVRO-nun final oyunlarına ev sahibliyi edəcək “Uembli” stadionunun ümumi tutumu 90 min nəfərdir. Həlledici oyunlar üçün arenanın 75% dolmasına icazə veriləcək.

Bütün ziyarətçilərdən koronavirusla mübarizə üçün ciddi tədbirlərə riayət etmələri tələb olunur.

Qeyd edək ki, Avropa çempionatının yarımfinal oyunları 6 və 7 iyul, finalı isə 11 iyul tarixlərində keçiriləcək.