AVRO-2020: Bu gün daha dörd qarşılaşma baş tutacaq - AFİŞA

09:20 23-06-2021 400

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

HerGun.Az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə E qrupu çərçivəsində Slovakiya və İspaniya yığmaları üz-üzə gələcəklər. 

Qrupun digər oyununda İsveç və Polşa yığmaları üz-üzə gələcək.

Günün üçüncü matçı F qrupunda Almaniya və Macarıstan yığmaları arasında baş tutacaq.

Bu qrupun digər oyununda isə Portuqaliya və Fransa milli komandaları qarşılaşacaq.

AÇ-2020
23 iyun
E qrupu

20:00. Slovakiya - İspaniya
Sevilya. “Estadio de La Cartuja”.

20:00. İsveç - Polşa
Sankt-Peterburq. “Qazprom Arena”.

F qrupu

23:00. Almaniya - Macarıstan 
Münhen. “Allianz Arena”.

23:00. Portuqaliya - Fransa 
Budapeşt. “Puskas Arena”.