Macarıstan Almaniyaya, Portuqaliya Fransaya qalib gəlir - VİDEO + YENİLƏNİR

23:40 23-06-2021 483

Kriştianu Ronaldu 31-ci dəqiqədə penaltidən fərqləndi. Bu, Ronaldunun dördüncü qoludur. O artıq vahid bombardirdir.

23:11

Macarıstan 11-ci dəqiqədə Almaniyaya qol vurdu. Adam Salai fərqləndi.

23:01

AVRO-2020-nin F qrupunun iki oyunu ilə qrup matçlarına yekun vurulur.

HerGun.Az xəbər verir ki, artıq Portuqaliya – Fransa və Almaniya – Macarıstan matçlarına start verildi. Bu matçlardan sonra Almaniya, Portuqaliya və Macarıstanın 1/8 mərhələyə çıxıb-çıxmayacağı bəlli olacaq.

Səbuhi Musayev