Niderland - Çexiya oyununda qırmızı vərəqə - YENİLƏNİR + FOTO
55-ci dəqiqədə Niderland millisi azlıqda qalır. Matteys De Liqt qırmızı vərəqə ilə meydandan qovulur.
21:17
İkinci hissə başladı.
21:07
Niderland və Çexiya milliləri arasında ilk hissə qolsuz başa çatdı.
20:48
Niderland və Çexiya milliləri arasında oyun başladı.
Qeyd edək ki, bu cütün qalibi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.
20:00
Futbol üzrə Avropa çempionatının Niderland və Çexiya milliləri arasında keçiriləcək sayca üçüncü 1/8 matçında ilk dəqiqələrdən meydana çıxacaq oyunçuların adları açıqlanıb.
Niderland (5-3-2): Stekelenburq, van Aanholt, Blind, de Lixt, de Vrey, Dumfrays, de Yonq, Veynaldum, de Roon, Malen, Depay.
Çexiya (4-2-3-1): Vatslik, Kaderjabek, Kalas, Çelustka, Soufal, Souçek, Holeş, Sevçik, Barak, Masopust, Şik.
Qeyd edək ki, Bakı vaxtilə saat 20:00-da başlayacaq matç Macarıstanda, Ferens Puşkaş adına stadionda keçiriləcək.