AVRO-2020: İspaniya Xorvatiyaya qalib gəlir - YENİLƏNİR + VİDEO

21:20 28-06-2021 405

İspaniya millisi müdafiəçi Sesar Aspilikuetanın baş zərbəsindən vurduğu qolla hesabda önə keçdi. “Çelsi” ilə Çempionlar Liqasını qazanmış futbolçu 57-ci dəqiqədə fərqləndi. İspaniya 0:1 uduzduğu görüşdə xorvatlara 2:1 qalib gəlir.

21:03

Xorvatiyanın ilk qolu avtoqol kimi qapıçı Unai Simona ötürməni verən Pedrinin mənfisinə yazıldı. Görüşdə isə ikinci hissə başlayıb. Hesab 1:1-dir.

20:40

İspaniya millisi bərabərlik qolunu vurdu. Pablo Sarabiya 38-ci dəqiqədə hesabı bərabərləşdirdi – 1:1. Bu, PSJ-nin yarımmüdafiəçisinin ardıcıl ikinci oyunda ikinci qoludur.

20:21

Xorvatiya 20-ci dəqiqədə hesabda önə çıxdı. İspaniya millisinin qapıçısı Unai Simon sadə ötürməni ayağında saxlaya bilmədi və top qapıya getdi. Beləliklə, Unai Simon AVRO-2020-də avtoqola imza atan növbəti futbolçu oldu.

20:01

Xorvatiya – İspaniya matçı başladı. 

19:32

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.

HerGun.Az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə son dünya çempionatının finalçısı Xorvatiya ilə dünya və Avropa çempionları İspaniya millisi üz-üzə gələcək.

Türkiyəli Cüneyt Çakırın idarə edəcəyi bu görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb:

Xorvatiya (4-1-2-3): Livakoviç, Qvardiol, Çaleta-Tsar, Vida, Yuranoviç, Brozoviç, Kovaçiç, Modriç (kapitan), Rebiç, Vlaşiç, Petkoviç

İspaniya (4-3-3): Unai Simon, Qaya, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Feran Tores, Morata

Qeyd edək ki, bu matçın qalibi bu gün axşam keçiriləcək günün ikinci matçı olan Fransa – İsveçrə oyununun qalibi ilə 1/4 finalda qarşılaşacaq.