AVRO-2020: İsveçrədən Fransanı şoka salan qol - YENİLƏNİR + VİDEO

23:20 28-06-2021 549

İsveçrə millisi gözlənilmədən hesabı açdı. 15-ci dəqiqədə boşnak əsilli Haris Seferoviç baş zərbəsi ilə qol vurdu. İsveçrə dünya çempionlarına 1:0 qalib gəlir. Bu, Seferoviçin ikinci qoludur.

23:13

Fransa – İsveçrə görüşündə hələ qol vurulmayıb.

23:01

Sankt-Peterburqda keçirilən 1/8 final mərhələsinin digər oyunu başlandı.

HerGun.Az xəbər verir ki, son dünya çempionu Fransa İsveçrəyə qarşı oynayır.

Komandalar meydana eyni taktiki düzülüşlə çıxıb.

Fransa (3-4-1-2): Lyoris (kapitan), Kimpembe, Lanqle, Varan, Rabyo, Kante, Poqba, Pavar, Qrizmann, Mbappe, Benzema

İsveçrə (3-4-1-2): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Caka (kapitan), Froyler, Vidmar, Şakiri, Embolo, Seferoviç

Qeyd edək ki, bu matçın qalibi İspaniyaya rəqib olacaq.