AVRO-2020: 1/8 finalın son iki qarşılaşması keçiriləcək - AFİŞA

09:40 29-06-2021 345

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Dördüncü oyun günündə son iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı İngiltərə və Almaniya yığmaları arasında olacaq. 

İkinci oyunda İsveç Ukrayna millisini sınağa çəkəcək. 

29 iyun
Avropa çempionatı

1/8 final mərhələsi

20:00. İngiltərə - Almaniya

London. “Uembli” stadionu. 

23:00. İsveç - Ukrayna

Qlazqo. “Hampden Park” stadionu

Qeyd edək ki, artıq 1/4 final oyunlarının üç cütü - Danimarka - Çexiya, İtaliya - Belçika, İspaniya - İsveçrə məlumdur.

AVRO-2020 iyulun 11-də başa çatacaq.