Azərbaycan klublarının UEFA-dakı mövqeyi bilindi

14:00 29-06-2021 721

Azərbaycan klublarının UEFA reytinqindəki yeri məlum olub.

HerGun.Az xəbər verir ki, yenə ən yaxşı yerə malik “Qarabağ”dır. 17,500 xala malik Ağdam komandası 77-ci yerdədir və “Feyenoord” (Niderland), “Styaua” (Rumıniya) və BATE (Belarus) ilə şərikdir.

“Neftçi” isə 6,000 xalla 167-cidir. Onun şərikləri “Lex” (Polşa), “Şemrok Rovers” (İrlandiya), HİK və “KuPS”dur (hər ikisi Finlandiya).

4,000 xala malik “Keşlə” 254-cü, 3,500 xala sahib “Qəbələ” 290-cıdır. “Sumqayıt”, “Səbail” və “Zirə” isə 337-ci sırada mövqe tutub. Hər üç klubun aktivində 2,525 xal var.