“Sabah” da Gürcüstana gedəcək - FOTO

15:20 29-06-2021 409

“Sabah” FK-nın yay hazırlıq planı bəlli olub.

HerGun.Az xəbər verir ki, paytaxt komandası iyulun 1-də Bakıda yığışacaq.

Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər” iki həftə bu ölkədə hazırlıq keçəcək.

Qeyd edək ki, Bakıda iki, Tbilisidə isə dörd sınaq matçının keçirilməsi nəzərdə tutulub. Digər rəqiblər daha sonra bilinəcək.

Xatırladaq ki, “Neftçi” də gələn ay Çempionlar Liqası matçı üçün Tbilisiyə səfər edəcək.