Antalyada rusiyalı turistlər qəzaya düşdülər: yaralılar var

19:36 15-06-2019 685

Türkiyənin Antalya vilayətində turistləri aparan mikroavtobus qəzaya uğrayıb.

Hürriyet” xəbər verir ki, mikroavtobus qarşı istiqamətdən gələn avtomobillə toqquşub.

Hadisə nəticəsində 11 turist xəsarət alıb. Onların yeddisinin Rusiya və Özbəkistandan olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Rusiya Baş Konsulluğundan iki rusiyalının tibbi yardımdan sonra xəstəxanadan buraxıldığı deyilib.