İNDİ SƏSİNƏ, SÖZÜNƏ HƏSRƏT QALMIŞIQ, GÜLXAS SƏMƏDLİ

18:24 28-01-2024 548

    Yaşadığımız dünyada hər bir canlının ömrü vaxtla, zamanla ölçülür. İnsanlar da Uca Tanrı  tərəxindən  bəxş olunan    bir  ömür yaşayır.  Bu ömür də zaman adlı axar çayda   su kimi axır.  Ömrü boyu insan bu axar çaydan çıxmağa cəhd edir. Zamanın axarından isə çıxmaq olmayır.   Beləcə vaxtın axarında  axırıq...

Beləcə zamanla   çarpışa, çarpışa bir ömür yaşayır insan. Bu ömürü  mənaalı yaşayanlar da var, acı həyat yaşayanlar da var. Gülxas Səmədli şərəfli bir jurnalist ömürü  yaşadı. Amma vaxtın axarında daima acı həyatla üzləşdi...

      Qəzet işçiləri  yaxşı bilirlər ki, indiki dövrdə sponsor olmadan qəzet çıxartmaq, kitab nəşr etmək çox çətindir. Gülxas Səmədli isə bu çətinliklərə  sinə gərərək  ömrünü qəzetçiliyə sərf edən şair, jurnalist  xanımlarımızdandır. Gülxas xanımla dostluğumuz 1990-cı ilin əvvəllərindən, dünyasını dəyişənə qədər-2023-cü ilə kimi davam edib. Bu illər ərzində mütamadi olaraq  şeir və publisistik yazılarımızı  onun rəhbərlik etdiyi “Müstəqil Respublika” qəzetində, rəhbərlik etdiyim “Quruluş” qəzetində və “Sözlü sehrli dünya” almanaxlarında  dərc etmişik. Onu da qeyd edim ki, “Sözlü sehrli dünya” almanaxlar 1993-cü ildən işıq üzü görür və  bu günə qədər 22 cildi  nəşr olunub. Bu cildlərin hər birinin redaktoru olmaqla yanaşı, özünün  düşündürücü, gənclərimizə nəsihətverici, məhəbbət şeirləri də dərc olunub. 

   Gülxas xanım  sadə,  təvəzökar, mərd, dostluqda sədaqətli, əsil vətənpərvər jurnalist, şair olmaqla yanaşı kişi  kimi sözü bütöv bir insan idi.Onun haqqqında keçmiş zamanda yazdığım üçün dostlarım məni bağışlasınlar. Rəhbərlik etdiyi “Müstəqqil Respublika ” qəzetinin  hər nömrəsində mənim şeirlərimə təmənnası yer ayırarddı. Onunla  çoxlu sayda deyişmələrimiz məhz  bu qəzetdə oxucular tərəfindən sevilə-sevilə oxunularaq hər ikimizə  uğur qazandırmıçdır. Bu  deyişmələrdən “Qalmaz”, “Küsmüşəm özümdən”, “Səni sevirəm”,”Məni bu dünyada yaşadan sənsən”, “Gizləmə ta, gözünü sən”, “Danışar”, “Deyişmə”,”Səni gözləyə, gözləəyə”,”Hara gedir, belə gözəl, görəsən”, “Əlim  alışıb yandı” və sairin adlarını  çəkmək istərddim. Özü ilə  “Müstəqil Respublika ” qəzetində görüşlərimizin birində dedim ki, imkan olan kimi ikimizin deyişmələr kitabını  çıxardacağam. Sevindi...

    Mənə dedi ki,  bir neçə şeirlər kitabım hazırdır, amma imkan yoxdur ki, onları  nəşr etdirim.

    Ölkəmizin bütün bölgələrindən olan yaradıcı insanlara yaxından köməklik gəstərərdi. Baxmayaraq ki, qəzet  vəsait hesabına  işıq üzü görür.  Bu baxımdan Gülxas xanım həm böyük ana olmaqla yanaşı, həm də xeyriyyəçi bir şair idi. Gənc yazarlara öz doğması kimi, ana kimi diqqət göstərərdi.

     Kabinetinə gələn insanları ətirli bitkilərdən hazırlamış olduğu çaya dəvət edər və bundan məmun olardı Mənim  dörd şeirlər kitabımın  ön sözlərinin  müəllifi və redaktoru   idi, Gülxas xanım...

  Hər gün olmasa da həftədə 3-4 dəfə  zəngləşər, yeni yazdığımız  şeirlərimizi bir-birimizə oxuyardıq. Vətənə bağlı idi. Vətənpərvərlik şeirləri ona daha böyük uğurlar qazandırmışdı. Ölkəmizin ən tanınmış şairləri ilə yaxından tanışlığı vardı...       Amma biz bilməzdik ki, doğum günü ərəfəsində dünyasını dəyişərək, bizi əbədi olaraq  həsrətdə saxlayacaqdır. ..

   İndi səsinə, sözünə həsrət qalmışıq, Gülxas xanım.

  Gülxas xanım haqqında yazmaqla, danışmaqla qurtaran deyil.

  Allahdan Gülxas xanıma rəhmət diləyirəm. Əzizlərinə, doğmalarına, Gülxassevərlərə   dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

 

 

SOLDURDU BU XƏBƏR ÜZÜMÜ, GÜLXAS

Şairə dostum,Gülxas Səmədliyə həsr edirəm. Bir şair dostumu da itirdim. Allah rəhmət eləsin!

Yasa bürünmüşdü, bu gün, bu şəhər,

Niyə açılırdı, görən bu səhər?

Eşitdim  dəhşətli, acı bir xəbər,

İtirdim özümü, izimi, Gülxas.

 

Dərd-qəmdən bax sinəm qazma-qazmadı,

Dondu əllərimdə qələm yazmadı.

Sənə yaraşmayır  bu ölüm adı,

Bürüdü göz yaşım sözümü, Gülxas.

 

Oldun dar günümdə dostum, həmdəmim,

Sən yoxsan dünyada artı dərd-qəmim,

Yanaır için-için  köksümdə qəlbim,

İndi kim siləcək gözümü , Gülxas.

 

Hər zaman mən gördüm səndə sədaqət,

Qaldı  əllərimdə bir ovuc həsrət,

Çəkdin bu dünyada əzab-əziyyət.

Sənsiz danlayıram özümü, Gülxas.

 

Belə yazılıbmış qədərin, yazın,

Yarı yolda qaldı nə qədər arzun,

Ölüm kəlməsini lüğətdən pozun,

Soldurdu bu xəbər üzümü, Gülxas.

 

Elmanam, mən səndə gördüm gülər üz,

Haqq carçısı oldun, yazdın doğru, düz,

Ədalət axtardın hər gecə-gündüz,

Özünlə apardın dözümü, Gülxas.         

27.12.2023-cü il.