Rusiyada azərbaycanlı satıcı alıcını bıçaqladı

17:45 10-10-2019 9

Rusiyanın Həştərxan şəhərində 45 yaşlı azərbaycanlı satıcı 36 yaşlı alıcını bıçaqlayıb. 

Mübahisə 45 yaşlı azərbaycanlı ilə 36 yaşlı zərərçəkənin həyat yoldaşı arasında başlayıb.

HerGun.Az xəbər verir ki, bununla bağlı Həştərxan vilayətinin daxili işlər idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Azərbaycan Respublikası vətəndaşının “QAZel” markalı avtomobili ilə qarpız satdığı bildirib. Satıcının qarpız almağa çalışan qadına qarşı kobud davranması alıcının həyat yoldaşını qəzəbləndirib.

Qadının əri buna görə satıcıya irad tutub. Azərbaycanlı şirniyyat kəsdiyi bıçağı götürərək kişinin sinəsinə və boynuna üç dəfə xəsarət yetirib, daha sonra isə qaçıb.

Münaqişənin şahidləri 36 yaşlı həştərxanlıya kömək etməyə çalışıb və dərhal polisə zəng vurublar.

Hazırda faktla bağlı araşdırma aparılır.