“Maşın” iştirakçılarının halı pisləşdi, tibbi yardıma ehtiyac yaranıb - FOTO

23:45 10-10-2019 588

Hazırda şouda aqibəti həll olunan müğənni Niyam Səlami hədəfini açıqlamasa da, oyunda intriqalar davam edir.

HerGun.Az xəbər verir ki, verilişdə həyəcan dolu, gərgin anlar yaşanıb. Xalq artisti Fatma Mahmudovanın aparıcı Lalə Mustafayeva ilə dərdləşdiyi kadrlar yer alıb. Həmin zaman aktrisa səssizcə aparıcıya müğənnilər Türkan Vəlizadə ilə Ramal İsrafilovun ona qarşı çıxdığını dilə gətirib:

"Çox ağır bir söz deyib, sonra oyundan çıxacağam. Bütün bu işlərin içində bu balaca gədənin (red: R.İsrafilov) əli var. Burada Kəmalə Piriyevadan da güclü rəqib Ramaldır".

Daha sonra süjetdə iki həmkar Ramal İsrafilovla Türkan Vəlizadənin dialoqu yer alıb:

"Mən şokdayam. Niyam dedi ki, arvadın (red: F.Mahmudova) ayağı şişib, gör nə gündədir. Maşının altından görürəm ki, ayaqları şişib", - deyə Türkan Ramala səslənib. Ramal isə cavabında bu cümlələri işlədib:

"O da o sözü axtarır, başa düşürsən? Niyə mənim ayağım şişməlidir? Bəlkə fırladıb üstünə atır və ona görə "zloydur" sənə" cavabını verib?" 

Bundan sonra müğənni T.Vəlizadə ilə aparıcı Lalə Mustafayevanın halı pisləşib. Onların vəziyyətlərinin ağırlaşdığını görən MGP-nin komandası təcili yardım çağırıb. Süjetde yer alan gərgin dolu kadrlar canlı efirə belə yansıyıb.

Rəşad Əliyev