Növbə Ağdaşa çatdı: 1000-ə yaxın çətənə kolu yandırıldı - FOTO

12:00 29-06-2019 1335

Ağdaşda “Xaş-xaş 2019” adlı kompleks əməliyyat və profilaktik tədbirlər planı çərçivəsində yabanı halda bitən çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis əməkdaşlarının iştirakı ilə baxış zamanı Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində yabanı halda çətənə kollarının bitdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş, 982 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.