Seda Sayan sərxoş halda polisə yaxalandı, sürücülük hüququndan məhrum edildi - VİDEO
11:27 14-10-2019 790
Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan içkili şəkildə avtomobil idarə etdiyi üçün cəzalanıb.
56 yaşlı müğənni restoranların birində dostları ilə birlikdə yeyib-içdikdən sonra sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Müğənni altı aylıq sürücülük hüququndan məhrum edilib.
“İldə 2-3 dəfə avtomobil idarə edirəm. Onda da içkili şəkildə polis tərəfindən saxlanıldım”, - deyə müğənni qeyd edib.
Sevinc Yasinqızı