Bakıda avtomobil iki maşını vuraraq, yük maşınına çırpıldı - ANBAAN VİDEO

11:18 16-10-2019 599

Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb. 

Avtosfer.az xəbər verir ki, idarəetməni itirən avtomobil əvvəlcə zolaqdan çıxaraq bir avtomobilə dəyib. Ardınca ikinci avtomobili vurub. 

Daha sonra bardürün üstündən aşaraq əks istiqamətdə yolun ən sağ zolağında dayanmış yük maşınına çırpılıb. 

Görüntüləri təqdim edirik: