Rafael Ağayev Avropa Oyunlarının finalına çıxdı
Azərbaycan yığmasının iki karateçisi - Rafael Ağayev və Firdovsi Fərzəliyev bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının son günündə final görüşünə çıxacaq.
HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. Bununla da idmançımız ən azı gümüş medalı rəsmiləşdirib.
O, həlledici görüşdə ukraynalı Stanislav Qoruna ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:48-də başlayacaq.
Azərbaycan yığmasının yarımfinalda qüvvəsini sınayan digər karateçisi Firdovsi Fərzəliyev (-60 kq) də finala yüksəlib.
Xatırladaq ki, bir gün öncə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretskaya (-68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.
Səbuhi Musayev