Bu Hollivud ulduzunu tanışlıq saytlarında tapmaq olar

06:40 25-10-2019 777

Məşhur Holluvud aktyoru Ben Afflek tanışlıq saytlarında özünə yar axtarır.

Page Six” xəbər verir ki, aktyor 13 il ailə həyatı yaşadığı həmkarı Cenifer Qarnerlə ayrıldıqdan sonra məşhurlarla eşq yaşamaqdan imtina edib.

O, şou-biznesdən uzaq olan sadə bir qız axtarışındadır və yenidən bəxtini sınamaq istəyir.

Mənbənin bildirdiyinə görə, bu yaxınlarda Afflekı Los-Ancelesin elit rayonlarının birində cavan qızla görüblər. Bu onların üçün ilk görüş olduğu ehtimal olunur.