Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

09:00 22-11-2019 436

Tuluza dəmiryolu polisi sərnişini yoxsul qadına sədəqə verdiyinə görə cərimələyib.

“France 3 Occitanie” xəbər verir ki, cərimənin məbləği 100 avro təşkil edib.

Məlumata görə, kişi aparatdan 70 santim (qəpik) qalığı götürərək onu əliuşaqlı olan imkansız qadına verib.    

O, Fransada dilənçilərə sədəqə vermək qadağan olunduğu üçün cərimələnib.

Sərnişin qərarın ləğv olunmasını tələb edir: o bildirib ki, qadın ondan dilənməyib və o könüllü ona pul verib.