Tramp: Seçimlərdən əvvəl sərvətimin miqdarını açıqlayacam

13:20 22-11-2019 377

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə seçki öncəsi sərvətinin miqradını açıqlayacağını deyib.

Bu barədə o, rəsmi “Twitter” hesabında yazıb.

“Düşündüyünüzdən daha varlı olduğum ortaya çıxacaq”, - deyə o bildirib.

Xatırladaq ki, 2016-cı ilin seçki kampaniyasında Trampın vergi bəyannamələri verməkdən imtina etməsi tənqid olunmuşdu.