Ağdamda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb
02:20 23-11-2019 378
Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Səbinə Abdullazadə və Aygün Sadıqova xəsarətlər alıblar.
Yaralılar rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.