Boliviya parlamenti yeni prezident seçkiləri haqqında qanun qəbul etdi

06:20 24-11-2019 380

Boliviya Parlamentinin Deputatlar Palatası yeni prezident seçkilərinin keçirilməsi haqqında qanunu təsdiqləyib.

“Deputatlar Palatası “Ümumi seçkilərin keçirilməsi üçün xüsusi və keçid rejimi haqqında” qanun layihəsini yekdilliklə təsdiq edib”, – deyə Deputatlar Palatasının “Twitter” səhifəsində bildirilir.

Xatırladaq ki, ötən səsvermənin nəticələrinə görə, etirazlar fonunda ölkədən getmiş Evo Morales qalib gəlmişdi. Yeni qanuna görə isə oktyabr seçkilərinin nəticələri ləğv edilir.

Moralesə yeni seçkilərdə iştirak etmək qadağandır. Yeni qanuna görə, ardıcıl olaraq iki dəfə prezident vəzifəsini tutan insanlar yeni seçkilərdə iştirak edə bilməzlər. Sənəd Boliviyanın müvəqqəti prezidentinə imzalanmağa göndərilib.