DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı

19:40 24-11-2019 423

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.  

HerGun.Az xəbər verir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.  

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.  

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilib.