Ukraynanın uşaq ombudsmenı dəhşətli qəzaya düşdü – VİDEO

05:40 25-11-2019 375

Ukrayna рrezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nikolay Kuleba Kiyev yaxınlığında ağır yol-nəqliyat hadisəsində xəsarət alıb.

Ukrayna Milli рolisinin mətbuat xidməti bildirib ki, qəza ilə bağlı cinayət işi açılıb.

Kiyev vilayətinin Çabanı yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən “Volkswagen” mikroavtobusu ombudsmenin “Toyota” markalı maşınına çırpılıb.

Hadisə nəticəsində N.Kuleba və onun iki uşaq sərnişini müxtəlif dərəcəli xasarətlərlə xəstəxanaya yerləşdirilib.