Rus qadın azərbaycanlı kişiyə görə saxtakarlığa əl atdı

16:20 26-11-2019 420

Rusiyada Tver vilayətinin Boloqovski rayonunda azərbaycanlı kişi ilə rus qadın qeyd şöbəsinə saxta hamiləlik şəhadətnaməsi verməkdə şübhəli biliniblər.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycan vətəndaşı rus qadınla nikahın bir aydan tez müddətdə bağlanması üçün qeydiyyat şöbəsinə hamiləlik şəhadətnaməsi təqdim ediblər.

Sənədin saxta olduğu nikah bağlanandan sonra məlum olub.

Bu müddət ərzində azərbaycanlı Rusiya Federasiyasında müvəqqəti yaşayış icazəsi istəyi ilə miqrasiya xidmətinə müraciət edib və müsbət cavab alıb.

Sənədin saxta olduğu bəlli olandan sonra cinayət işi başlanıb, onların hər ikisi saxlanılıb, araşdırma aparılır.

Günel Murad