İmişlidə “Toyota” aşdı, ana və oğul yaralandı

23:00 27-11-2019 694

İmişlidə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.  

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında İmişli şəhərinin ərazisində Araz çayının yaxınlığındakı bənddə baş verib.  

İmişli şəhər Pənah Hüseynov küçəsində yaşayan 1992-ci il təvəllüdlü Umudov Orxan Nizami oğlu idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.  

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun anası 1973-cü il təvəllüdlü Umudova Vəfa Xələf qızı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

O.Umudovun vəziyyəti ağır olduğundan yaralı paytaxt Bakıya göndərilib.  

Faktla bağlı araşdırma aparılır.