41yaşlı Ağdam qaçqını Şamaxıda bıçaqlandı

06:00 28-11-2019 412

Şamaxıda bıçaqlanma hadisəsi qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonundan məcburi köçkün hazırda Şamaxı şəhərində yaşayan 1978-ci il təvəllüdlü Sadiqov Rövşən Vaqif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, çoxsaylı bıçaq yaraları ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralı əməliyyat blokundadır. Həkimlər R.Sadiqovun vəziyyətini ağır qiymətləndirir.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır .

Rəşad Aydın