Nazirlik çörək sexində partlayış zamanı yaralananlar barədə məlumat yaydı

21:00 28-11-2019 395

Şəkidə çörək sexində baş verən partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta ağırdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir.

Ona lazımi tibbi yardım göstərilib müalicəsi davam edir.

Qeyd edək ki, bu gün Şəkidə çörək sexindəki partlayış hadisəsinin qaz sızmasından baş verməsi ehtimal edilir.