Əsəd: ABŞ-la danışıqlar vaxt itkisidir

23:00 22-06-2018 110

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, indiki zamanda ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq boşuna vaxt itkisinə bərabərdir.

HerGun.Az xəbər verir ki, bunu Suriya lideri NTV telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, amerikalı prezidentlər bir qayda olaraq “lobbiçilərin əsiri” olur.

“Onlar sənə eşitmək istədiklərini desə də, həmin şeyin tam əksini edirlər...Bunu Trampın timsalında da görmək olur”, - deyə Əsəd qeyd edib.

Bundan əvvəl Əsəd Trampın onu “heyvərə” adlandırmasına münasibət bildirmişdi. Əsəd Trampın səviyyəsinə düşüb, oxşar ifadələr işlətmək istəmədiyini diqqətə çatdırmışdı.

F.M.