Göyçayda ağır qəza: bir ölü, bir yaralı - FOTO

20:40 29-11-2019 388

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb.  

“VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.  

Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə ağır yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.  

Faktla bağlı araşdırma aparılır.