Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

19:30 24-06-2018 10
loading...

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində silahlı insident baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə Ərzurumun Karaçoban bölgəsindəki səs vermə məntəqəsində baş verib.

Silahlı insident bu gün saat 15:00-da baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisənin baş verməsinə səbəb iki ailə arasında qan davası olub.

İlkin məlumata əsasən, baş verən hadisənin seçki ilə heç bir əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

İlhamə Əbülfət