Argentinalı futbolçular baş məşqçidən imtina edirlər

20:55 24-06-2018 15
loading...

Argentina yığmasının futbolçuları indiki baş məşqçi Xorxe Sampaolinin dünya çempionatının qrup mərhələsinin sonuncu matçında komandaya rəhbərlik etməsini istəmirlər. 

HerGun.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, futbolçular yığıncaq keçiriblər və X.Sampaolinin Nigeriya ilə oyunda komandaya rəhbərlikdən azad olunmasının lehinə səs veriblər. 

Onun yerinə 1986-cı il dünya çempionu 58 yaşlı Xorxe Burruçaqanın gətirilməsi ehtimal olunur. Əgər X.Sampaoli vəzifəsindən azad olunsa, 17 milyon avro alacaq. 

Xatırladaq ki, Argentina yığması ötən gün Xorvatiya komandasına 0:3 hesabı ilə uduzub. Argentina iyunun 26-da Nigeriya millisi ilə qarşılaşacaq.