Cüdoçularımız Universiadada mübarizəyə qoşulur

11:45 04-07-2019 912

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında bu gün cüdo yarışlarına start verilir.

HerGun.Az-ın xəbərinə görə, bu gün millimizdən ilk olaraq iki legionerimiz mübarizəyə qoşulacaq.

Bunlar Əliömər Tumayev (-90 kq) və Rüstəm Kotsoyevdir (+90 kq). Dağıstanlı legionerlərimizin rəqibləri müvafiq olaraq çexiyalı Yirji Petr və meksikalı Aleksis Cared de Leon Santyaqodur. Hər iki idmançı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan bu Universiadada 18 idmançı ilə təmsil olunur.

Səbuhi Musayev