Zakir Fərəcovun oğluna yüksək vəzifə verildi

17:20 12-12-2019 379

Nizami Rayon Prokurorluğunda yeni təyinat olub.

Publika.az-ın məlumatına görə, Pərvin Fərəcov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Pərvin Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğludur.

Bir neçə ay əvvəl Nizami rayon prokurorunun müavini təyin edilən və bu günlərdə işdən çıxarılan Qabil Səfərov isə Baş Prokurorluqda yeni vəzifəyə təyinat alıb.