Abşeron rayonunda üçmərtəbəli evdə yanğın baş verib

20:20 12-12-2019 680

Abşeron rayonunda yaşayış evində yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kvm olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kvm sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.