Nepalda dəhşətli avtobus qəzası: 14 ölü, 16 yaralı

12:20 15-12-2019 386

Nepalda dəhşətli avtobus qəzası baş verib. 

“RİA Novosti” xəbər verir ki, hadisə Sindxupalçok ərazisində qeydə alınıb. 

Avtobus yüksək dağlıq ərazidə hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi 500 metr yüksəklikdən dərəyə yuvarlanıb. 

Hadisə nəticəsində 12 nəfər yerində, iki nəfər isə aparıldığı xəstəxanada ölüb. Daha 16 nəfər isə yaralıdır.  

Hazırda polis və yerli əhali axtarış və xilasetmə tədbirlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı ehtimal olunur. 

Qəza anında özünü avtobusdan atmağı bacaran sürücü hadisə yerindən qaçıb. Onun köməkçisi isə ağır yaralıdı.