Rəqqasə Fatimədən düşmən kəsildiyi Xatuna: “O kimdir?” - VİDEO

11:40 16-12-2019 606

Sən kim olmusan ki? Bax, bu nə “fraza”dır? Bu sözü ağzına alan o insanlara demək istəyirəm ki, gedin, dördüncü mikrorayona o vaxt “Xruşovka” binaları var idi, Fatimə xanım çölə çıxanda hamı “stop” edib geyiminə baxırdı.

HerGun.Az xəbər verir ki, bu sözləri məşhur rəqqasə Fatimə Fətəliyeva “ATV Maqazin 10-larla” verilişində dilə gətirib.

Rəqqasə xanım onun ünvanına səsləndirdiyi, “Sən kim olmusan ki?” sözlərindən qəzəbləndiyini açıq şəkildə etiraf edərək, od püskürüb:

“Həyatımızda sözümüzün çəp düşdüyü insanlar olur. Söz düzgün gəlməyəndə o insan deyir ki, “Sən kim olmusan?” Üç gecədir yatmıram. Əsəbdən gözümə qan dolub”.

Müxbirin “Sizi əsəbiləşdirib, qəzəbləndirən müğənni Xatun Əliyevadır?” sualına rəqqasə hiddətlənərək, “O kimdir?”, - cavabını verib.

Qeyd edək ki, Xatun Əliyeva Fatimə Fətəliyevanı qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında bundan sonra böyük qalmaqal başlayıb. İş o yerə çatıb ki, rəqqasə müğənnini məhkəməyə verib. Fatimə bildirib ki, onu məbləğ maraqlandırmır, şərti Xatunun efir vasitəsilə ondan üzr istəməsidir. Məhkəmə Fatimənin iddiasını qəbul etməyib. F.Fətəliyeva isə sona kimi gedəcəyini söyləyib.

Rəşad Əliyev