Xalq artisti: Yəqin ki, Faiq də kimisə sevir - VİDEO

14:20 16-12-2019 584

Şou-biznesin subay məşhurlarından biri olan Xalq artisti Faiq Ağayev haqqında gəzib-dolaşan evlənmə xəbərlərinə aydınlıq gətirib.

HerGun.Az xəbər verir ki, sənətçi “ATV Maqazin 10-larla” proqramında “Nə zaman subaylığın daşını atıb, evlənəcəksiz” sualına bu cür münasibət bildirib:

“Bu qismətdir. Bu planlaşdırılan bir şey deyil ki, filan mağazada filan ayaqqabı satılır, gedib onu alacağam. Bax o planladır. Faiqi də sevən var. Yəqin ki, Faiq də kimisə sevir. Gözləmək lazımdır. Siz də, mən də gözləyəcəyik (gülür)”.

Qeyd edək ki, Xalq artisti Faiq Ağayev bir dəfə evli olub. 14 il öncə 33 yaşında Nigar Topçubaşova adlı xanımla evlənən ulduz, iki il sonra boşanıb. Xalq artisti müsahibələrin birində boşanmağını bu cür şərh edib:

“Biz paralel, ayrı-ayrı ömür sürürük, yəni toqquşma nöqtəmiz yoxdur. Baxmayaraq ki, onun məni tez-tez müşahidə etmək və görmək imkanı var. Hərdənbir həyətimizdə görünür. Çünki keçmiş həyat yoldaşım mənimlə eyni binada, beşinci mərtəbədə yaşayan birisinə ərə gedib”.

Rəşad Əliyev