İlham Əliyev Hüseyn Mövsümova orden verdi

16:40 18-12-2019 850

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseyn Şərif oğlu Mövsümovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.