Bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri formal görüşü baş tutacaq

08:20 20-12-2019 426

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri rəsmi sammiti keçiriləcək.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir.

MDB-nin icraçı direktoru Sergey Lebedev bildirib ki, görüş şəxsi kontaktların möhkəmlənməsinə, həmçinin ümumi siyasi və iqtisadi əməkdaşlıqa töhfəsini verəcək.

Sammit Avrasiya Ali İqtisadi Şurasının yığıncağı ilə yanaşı keçiriləcək.

Təşkilat iştirakçıları ilin yekunlarına dair müzakirələrdə iştirak edəcəklər.