Lana Del Rey yeni albomunu buraxır - VİDEO

05:20 21-12-2019 72

Amerikalı müğənni Lana Del Reyin yeni albomu yanvarın 4-də işıq üzü görəcək.

Bu barədə müğənni özünün “Instaqram” səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib. 

O qeyd edib ki, hələlik rəsmi adı olmayan albomun əsasında onun "Violet bent backvard over grass" şeirlər toplusu olacaq.

Müğənninin sözlərinə görə, kitab üzərində iş onun planlaşdırdığından daha çox vaxt aparıb.

Lana Del Rey bildirib ki, yeni albomun qiyməti “bir dollara yaxın” olacaq. Satışdan əldə edilən pulun bir hissəsi yerli amerikalıları dəstəkləyən təşkilatlara veriləcək.