Kemeron “Qisasçılar”ın kassa rekordunu qırmağın yolunu tapdı

06:40 23-12-2019 91

Məşhur Hollivud rejissoru Ceyms  Kemeron “Qisasçılar: Final”ın tarixin ən çox kassa toplayan filmi qismində çox az müddətdə qalacağını hesab edir.

Sonuncu “Qisasçılar” 2,798 milyard dollar, kanadalı quruluşçunun “Avatar”ı isə 2,790 milyard dollar kassa toplamışdı. 

İzvestiya”nın verdiyi məlumata əsasən, rejissor sikveli buraxmamışdan öncə, “Avatarı” təkrar prokata çıxarmağa hazırlaşır.

O əmindir ki, “Avatar” yenidən birinci pilləni qaytara biləcək: “Düşünürəm ki, bu, mütləq baş verəcək. Amma gəlin “Final”ın yaradıcılarına bu andan həzz almağa imkan verək və eyni zamanda insanların, həqiqətən də, kinoteatrlara getdiyini qeyd edək”.

Rejissorun sözlərinə əsasən, “Qisasçılar” onun lentini cəmi 0,25% ötə bilib ki, bunu da o, istehza ilə “xəta” adlandırıb.

Mümkün  təkrar prokatın  tarixi hələ müəyyən edilməyib. Lakin artıq məlumdur ki, filmin ikinci hissəsi 17 dekabr 2021-ci il tarixində işıq üzü görəcək.