Azərbaycana yeni yumşaq pendirlər gətiriləcək
12:09 05-07-2019 812
Rusiya Federasiyası Adıgey Respublikasından Azərbaycana pendir ixrac olunacaq.
“Sovetskaya Adıgeya” xəbər verir ki, bunu Krasnoqvardeysk süd zavodunun direktoru Ruslan Teşev deyib.
O, Azərbaycandan olan distribüterlə müqavilə bağladıqlarını bildirib:
“Həmin distribüter Adıgey pendirini ölkənin iri ticarət şəbəkələrinə göndərəcək. Ümid edirik ki, artıq gələn həftə ilk tədarükü həyata keçirəcəyik”.
R.Teşev Azərbaycana yumşaq pendirlərin bütün çeşidinin tədarük olunacağını qeyd edib.