Elza Seyidcahan “çastuşka”sı ilə mat qoydu - VİDEO

17:40 30-12-2019 982

Əməkdar artist Elza Seyidcahan efirdə gözlənilməz hadisə ilə qarşılaşıb.

HerGun.Az xəbər verir ki, ARB TV-nin “Söhbət var” axşam şousunda qonaq olan sənətçi ilə proqramın aparıcısı Dilarə Əliyeva Yeni il abu-havalı oyun keçirib. Dilarə Elzaya “Çastuşka oxu” yazılmış zərf uzadıb.

Özünü itirməyən əməkdar artist “çastuşka” oxumağa cəhd göstərib. Ekstravaqant sənətçi ona verilən tapşırığın öhdəsindən alnıaçıq çıxıb. Daha sonra Elza Seyidcahan rok üslubunda Yeni il mahnısını səsləndirib.

Onun bu çıxışları isə studiyada əyləşən tamaşaçılar tərəfindən maraq və gülüşlə qarşılanıb. Beləcə, əməkdar artist Elza Seyidcahan yenidən diqqətləri öz üzərinə cəlb edib.

Rəşad Əliyev