Roma Papası smartfonların əleyhinə çıxdı

04:40 31-12-2019 651

Roma Papası Fransisk insanları smartfonlarını qırağa qoyub yaxınları ilə birbaşa ünsiyyət qurmağa çağırıb.

BBC xəbər verir ki, Roma Papsı Vatikanda Müqəddəs Pyotr meydanına toplaşan insanlara müraciət edib.

Fransisk xatırladıb ki, İsa Məsihin ailəsi də bur yerdə işləyib daim ünsiyyətdə olublar.

“Mən özümdən soruşuram: sizin ailələrdə ünsiyyət var, yoxsa siz kiçik uşaqlar kimi bir masa arxasında oturub telefonla yazışırsız?”, - deyə Roma Papası qeyd edib.

Katolik kilsənin başçısı yaxınlar ilə birbaşa ünsiyyətdə olmağın vacibliyini vurğulayıb və bunu diqqətə layiq “tapşırıq” elan edib.